Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” 12 milyon manata yaxın SMS kredit ayırıb!

26 Noyabr 2013

Bu ilin mart ayından etibarən “Bank of Baku” müştərilərinin istifadəsinə verilmiş SMS kredit layihəsi çərçivəsində toplam 12 milyon manata yaxın kredit ayrılıb. Artıq minlərlə ölkə vətəndaşı öz rahatlığı və çevikliyi ilə seçilən SMS kreditdən faydalanmaqdadır.

SMS kredit məhsulu “Bank of Baku”-nun Azərbaycan bank təcrübəsində ilk dəfə tətbiq etdiyi bir xidmətdir. “Bank of Baku” SMS kredit məhsulunun Azərbaycan ərazisində patentini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alıb.
SMS kreditin üstünlüyü müştərinin banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan vermək imkanından ibarətdir. Sifariş edilmiş kredit məbləği, bankla əvvəlcədən imzalamış uzun müddətli baş saziş çərçivəsində müştərinin “Dostlar Klubu” kartına yüklənir. Müştəri kartdakı məbləği dərhal “Bank of Baku”-nun istənilən bankomatından nağdlaşdıra bilər.

Kredit sifariş etmək üçün “Dostlar Klubu” kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini 8145 nömrəsinə SMS ilə göndərmək lazımdır. Misal: “03129876 kredit 2000”.

Mesaj göndəriləndən sonra sifariş avtomatik qərar üsulu ilə qiymətləndirilir və müştərinin ala biləcəyi kredit məbləği müəyyən edilir.

Kredit sifarişi yalnız müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsindən edilə bilər.
Hal-hazırda SMS kredit xidmətindən bankın “Dostlar Klubu”-nun Qızıl və Brilliant kart sahibləri faydalanır. Yaxın zamanlarda isə klubun Gümüş kart sahibləri də bu xidmətdən istifadə edə biləcək.

Daha ətraflı:
www.facebook.com/bankofbaku
145 Məlumat Mərkəzi

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio