ОАО Bank of Baku ASC daim müştərilərinin qayğısına qalaraq avqust ayından etibarən əhaliyə ipoteka kreditlərinin ayrılmasına start verir. Bankın daxili ipoteka kreditləşməsi proqramı insanların tələbat və ehtiyaclarının maksimal dərəcədə ödəməsinə yönəlib.
Qeyd edək ki, Bank of Baku tərəfindən əhaliyə ayrılan ipoteka kreditləri bankın öz vəsaiti hesabına verilir. Layihə çərçivəsində sənədlərə baxılması və kreditin rəsmiləşdirilməsi qısa zaman ərzində həyata keçirilir.
| Ipoteka kreditnin şərtləri |
| Ərizəçinin yaşı |
20 - 65 (kredit öhdəliyinin sonuncu ödəniş tarixinə) |
| Ərizəçinin iş yeri |
Bakı şəhərində yerləşən və sabit maliyyə durumu olan özəl/dövlət müəssisələri |
| Ərizəçilər |
Azərbaycan Respublikasının vətəndaşları |
| Ərizəçinin son iş yerində stajı (təqaüdçü deyilsə) |
min. 3 ay |
| Məbləğ |
maks. 50 000 AZN |
| Müddət |
1-7 il |
| Kreditləşmə arealı |
Bakı və Xırdalan şəhərləri |
| Əvvəlcədən ödəniş |
Min. 20% |
| Faiz dərəcəsi |
- 19% - ilkin ödəniş 30% olduqda və alınan mənzil yeni tikilidə olmadıqda
- 20% - ilkin ödəniş 30%-dən az olduqda
|
| Təminat |
Alınan ev (alınan ev yeni tikilidə olduqda digər ev) |
| Maaşa tələb |
Maaş (birgə borc alanların maaşı) aylıq kredit ödənişinin 143%-dən çox olmalıdır |
| Tələb edilən sənədlər |
1. İpoteka müraciətinə baxılması üçün tələb edilən sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- İş yerindən arayış (borcalanın və birgə borcalanların)
- İpoteka predmetinin qiymətləndirmə aktı
- İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin sürəti (dövlət reyestrindən çıxarış)
- Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti
- Alınan ev yeni tikilidə olarsa əlavə olaraq aşağıdakı sənədlər tələb olunur:
- Tikinti şirkəti ilə bağlanmış müqavilənin əsli
- Tikinti şirkətinə ödənilmiş vəsaitlərə dair qəbzlər (və ya maliyyə arayışı) - qəbzlərdə göstərilən məbləğlər ilkin ödəniş kimi qəbul edilir
- Tikinti şirkətinə binanın tikilməsi üçün verilən icazənin sürəti (icazə Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən verilir)
2. İpotekanın rəsmiləşdirilməsi üçün tələb edilən sənədlər:
- İpoteka predmetinin sahibinin nigahın bağlanması (və ya boşanma) haqqında şəhadətnamə (olduğu halda) və ya subaylığı təsdiq edən VVADQ-dan arayış
- İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda)
- İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış
- İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin (arvadın), ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsində çıxış edən səlahiyyətli şəxsin qəyyumluq və himayəçilik orqanlarından razılığının surəti
- Borcalanın nigahın bağlanması (və ya boşanma) haqqında şəhadətnamə (olduğu halda) və ya subaylığı təsdiq edən VVADQ-dan arayış (alınan mənzil ipoteka ilə yüklü edilərsə)
- Əgər borcalan evlidirsə alınan mənzilin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin (arvadın) (alınan mənzil ipoteka ilə yüklü edilərsə)
- Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti (alınan mənzil ipoteka ilə yüklü edilərsə)
- Borcalanın həyatının, əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər
3. İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim edilən sənədlər:
- İpoteka müqaviləsinin övlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər
- Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti (yeni yaşayış sahəsi alındıqda və digər əmlak ipoteka ilə yüklü edildikdə)
- Tikinti şirkəti tərəfindən mənzilin dəyərinin tam ödənilməsi haqda maliyyə arayışı (alınan mənzil yeni tikililərdə olduqda)
- İpoteka predmetinin sığortalanması haqda sığorta müqaviləsi
- Borcalanın əmək qabiliyyətini sığortası müqaviləsi
|