1994
14.02 Azərbaycanın ilk kommersiya banklarından biri kimi "Tuqay" bank adı altında qeydiyyatdan keçdik 1997
10.02 Fəaliyyətimizi "Bank of Baku" adı ilə davam etdirməyə başladıq.
14.05 "Bakı Banklararası Valyuta Birjası"nın üzvü olduq.
27.08 Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdik. 1998
18.12 S.W.I.F.T-ə üzv olduq. 2001
31.03 Alman-Azərbaycan Fondunun Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramı çərçivəsində KFW ilə (Almaniya İnkişaf Bankı) partnyorluğa başladıq. Hazırda Bankımız AAF-ın Azərbaycanda ən iri partnyorlarından biridi. 2002
Yanvar Fəaliyyət istiqamətimizi banklararası xidmətlər bazarından pərakəndə bank xidmətləri, kiçik və orta sahibkarlıq və korporativ seqmentə yönəltdik.
Fevral Almaniyanın Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun Bank sistemində korporativ idarəetmənin təkmilləşdrilməsi layihəsi üzrə partnyoru olduq.
01.06 "Azneft" filialımız açıldı. 2004
13.02 Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kiçik və orta sahibkarlığın inkişafına kredit xətti ayrıldı.
08.06 AYİB-in Ticarət əməliyyatlarının maliyyələşməsi proqramına üzv olmaqla zəmanət və akkreditivlərin verilməsi məqsədilə kredit xətti əldə etdik.
01.10 "Neftçilər" filialımız açıldı.
20.10 Master Card-dan Affiliate statusu aldıq. 2005-ci ilin sentyabr ayından etibarən öz beynəlxalq kartlarımızı buraxmağa başladıq.
22.10 Hüquqi statusumuz Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu.
14.12 Londonda keçirilən biznes həftəsində Bank of Baku, İlkbank və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında üçtərəfli niyyət protokolu imzalandı. Sənədə əsasən Avropa Bankı bu iki kommersiya bankı arasında birləşmə prosesi tamamlandıqdan sonra yeni Bankın Nizamnamə kapitalında iştirak edəcəyini rəsmən təsdiq etdi. 2005
25.01 Beynəlxalq Maliyyə Korprorasiyası ilə Lizinq xidmətləri və Korporativ idarəetmənin təkmilləşdirilməsi layihəsi üzrə razılaşma imzaladıq.
26.01 Azərbaycanın Milli Bankı "Bank of Baku" və İlkbank kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədi.18 fevral 2005-ci il tarixdə isə Milli Bank yeni "Bank of Baku" KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi.
26.04 AYİB-lə korporativ müştərilərin birgə maliyyələşdirilməsi haqqında Niyyət protokolu imzaladıq
26.06 "Mərkəz" filialımız açıldı.
22.07 Societe Generale Bankı tərərfindən ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə kredit xətti ayrildı.
04.10 AYİB-in Direktorlar Şurası "Bank of Baku"nun Nizamnamə kapitalında iştirak edəcəyi ilə bağlı qərarı təsdiqlədi. Oktyabr ayının 14-də isə AYİB-in Bankımızın Nizamnamə kapitalının 25 %-ni əldə etməsi ilə bağlı tərəflər arasında Razılaşma imzalandı. 2006
05.04 Filial şəbəkəsinin genişləndirilməsi strategiyası çərçivəsində ilk BOB - Ekspress xidmət məntəqəsini müştərilərimizin üzünə açdıq.
05.05 İkinci BOB - Ekspress xidmət məntəqəmiz fəaliyyətə başladı.
15.05 “Otoplaza” və “Xəqani” filiallarımız fəaliyyətə başladı.
16.06 “Nəsimi” filialımız öz qapılarını müştərilərin üzünə açdı.
15.09 “Nizami” filialımız açıldı.
15.09 Sumqayıt şəhərində bankın ilk filialı açıldı. 2007
08.01 Şəki şəhərində bankın ilk filialı açıldı.
06.03 "Bakıxanov" filialımız açıldı.
27.04 İnternet saytımız "Netty" mükafatına layiq görülən ilk bank saytı oldu.
15.05 "Yasamal" filialımız açıldı.
05.09 Gəncə şəhərində ikinci regional filialımız açıldı.
10.09 Lənkəran şəhərində üçüncü regional filialımız açıldı.
08.10 "Bank of Baku" avro kartlar emissiya etməyə başladı.
22.11 "Əhmədli" filialımız açıldı.
2008
15.01 "Bank of Baku" Azərbaycan bank sektorunda ilk dəfə olaraq bankdaxili İntranet saytını əməkdaşlarının istifadəsinə verdi.
19.03 “Neftçilər” filialımız Western Union TPKS tərərfindən keçirilən «Top Country Teams – 2007» nominasiyası üzrə “Bütün kateqoriyalar üzrə ən yaxşı punkt” adına layiq görülmüşdür.
26.07 "Bank of Baku" "Moneygram" Beynəlxalq Pul Köçürmə Sisteminə qoşuldu.
05.08 Azərbaycan bank tarixində ilk dəfə olaraq müştəri borclarının növbəsiz və rahat ödənilməsi üçün filiallarımızda "Cash in" aparatlarının tətbiqinə başladıq.
30.08 Bankımızın wap.bankofbaku.com saytı fəaliyyətə başladı.
01.09 Bankımızın “Kart istifadəçilərinə dəstək” mərkəzi fəaliyyətə başladı.
27.10 Bankımız KÖMİS ( Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) layihəsinə qoşuldu.
24.11 Principal üzv kimi Visa Beynəlxalq kart sisteminə qoşulduq.
2009
10.01 Sayt vasitəsilə zəng sifarişi xidməti müştərilərin istifadəsinə verildi.
15.07 Kart istifadəçilərimiz üçün “İnternet Banking” xidməti müştərililərin istifadəsinə verildi.
18.08 Sayt vasitəsi ilə yeni “Online kart sifarişi” xidməti istifadəyə verildi
05.10 Tələbələr üçün www.studentcard.az layihəsi istifadəyə verildi.
13.11 "Xaçmaz" filialımız açıldı.
24.11 Kart istifadəçilərimiz üçün “SMS Banking” xidməti müştərililərin istifadəsinə verildi. 2010
10.06 “Bank of Baku” “Caspian Money Transfer” Beynəlxalq Pul Köçürmə Sisteminə qoşuldu.
17.09 Müştərilərin telefon zəngi vasitəsi ilə cari kredit borclarını öyrənməsi və ödəməsi üçün “Telefon Banking” xidmətinin istifadəyə verildi.
11.11 «28 Мay» filialımız açıldı.
2011
01.06 Online Ödəniş Sisteminin yaradılması
02.06 «Mərdəkan» filialımız açıldı.
30.09 «Xırdalan» şəhərində yeni filialımız açıldı!
01.10 Bank of Baku Bolkart layihəsinə start verdi
2012
09.01 Bank of Baku korporativ üslubunda dəyişiklik etdi. Bankın loqosu qrafik dizayn prinsiplərinə uyğun olaraq yenidən hazırlandı və bankın korporativ rəngləri dəyişdirildi.
20.02 Bank of Baku nəzdində özəl Prosessinq Mərkəzi fəaliyyətə başladı.