Vəzifə: İnsan Resursları Departamentinin Aparıcı Eksperti
Əsas vəzifə və öhdəliklər:
- Birbaşa rəhbərlərlə birlikdə işçilərin təlim ehtiyaclarını müəyyən etmək və ehtiyaclardan irəli gələrək, müxtəlif təlimləri təşkil etmək
- Hər bir işçinin bankın daxili qaydaları, təlimatları və s. ilə tanış olduğuna əmin olmaq
- Işə yeni qəbul olunmuş işçilərin istiqamətləndirmə proqramı keçməsinə əmin olmaq
- Banka qəbul ounmuş təcrübəçilərin təlim proqramını tərtib etmək, təlim prosesinə nəzarət etmək və təlimin qiymətləndirilməsini həyata keçirmək
- Keyfiyyətli təlimlərin keçirilməsi məqsədilə potensial təlim şirkətləri ilə sıx əməkdaşlıq etmək
- Bankda potensial kardrların cəlb edilməsi və yetişdirilməsi məqsədilə ali məktəblərlə yeni layihələr üzərində işləmək
- İnsan Resursları Departamentinin işi ilə bağlı ona verilmiş digər tapşırıqları yerinə yetirmək
Tələb olunan kriteriyalar:
- Ali (Hüquq, Sosial elmlər, Psixologiya və ya Kadrların İdarə edilməsi sahəsində ali təhsilin olması üstünlük təşkil edir)
- İnsan Resursları sahəsində ən azı 3 il iş təcrübəsinin olması
- Təlimlərin təşkil edilməsi və keçirilməsi sahəsində bilik/təcrübənin olması
- Əmək qanunvericiliyini əla bilmək (bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir)
- Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
- Əla ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli və dəqiq
- Stresə davamlılıq
- Azərbaycan və Rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir)
- MS Office proqramlarında işləmək bacarığı
Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “İRD” yazmaqla öz CV-lərini (şəkillə birlikdə) Azərbaycan dilində Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 Aprel 2012-ci ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
Vəzifə: Avtomatlaşdırma Departamenti/İnkişaf şöbəsinin Eksperti
Əsas vəzifə və öhdəliklər:
- Bank proqram təminatının hazırlanması və inkişafı
- Mövcud proqramların təkmilləşdirilməsi və s.
Tələb olunan kriteriyalar:
- Ali (İnformatika və ya riyaziyyat sahəsində ali təhsilin olması üstünlük təşkil edir)
- Java (SE & EE) və ya C++ (Multy Threading, User İnterface Creation, Multitier architecture) proqramlarını yüksək səviyyədə bilmək (ən azı 3 il real işləyən layihələrdə təcrübəsinin olması)
- Oracle SQL/PL SQL proqramlarını yüksək səviyyədə bilmək
- GWT Framework və digər Veb texnologiyalarında iş təcrübəsi olanlara üstünlük verilir
- Bank proqramları üzrə təcrübəsi olanlara üstünlük verilir
- Analitik məntiq və yaradıcılıq keyfiyyətlərinin olması
- Fəal və təşəbbüskar
- Məsuliyyətli və dəqiq
- Azərbaycan və rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir)
- Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “İT Development” yazmaqla öz CV-lərini və ya Vakansiya onlayn sifariş forması saytında əldə edilmiş “İşə müraciət formu” nu Azərbaycan dilində doldurub (şəkillə birlikdə) Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 aprel 2012-ci ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
Vəzifə: Avtomatlaşdırma Departamenti/Texniki dəstək şöbəsinin Kiçik eksperti
Əsas vəzifə və öhdəliklər:
- Mövcud proqramlara dəstəyin göstərilməsi
- Gündəlik yoxlamaların aparılması
- Proqramların işinə nəzarət etmək
- Periodik sazlamaların aparılması
- Müxtəlif nəzarətlərin avtomatlaşdırılması (Skript\Proqramların yazılması)
- Hesabatların alınıb-göndərilməsi və s.
Tələb olunan kriteriyalar:
- Ali (İnformatika və ya riyaziyyat sahəsində ali təhsilin olması üstünlük təşkil edir)
- Proqramlaşdırma sahəsində 1 ildən artıq iş təcrübəsinin olması
- Oracle SQL/PL SQL proqramlarını yaxşı səviyyədə bilmək
- Hər hansı bir Proqramlaşdırma \ Skriptləşdirmə dilində yazmaq bacarığı
- Analitik məntiq və yaradıcılıq keyfiyyətlərinin olması
- Fəal və təşəbbüskar
- Məsuliyyətli və dəqiq
- Azərbaycan və rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir)
- Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “İT Maintenance” yazmaqla öz CV-lərini və ya Vakansiya onlayn sifariş forması saytında əldə edilmiş “İşə müraciət formu” nu Azərbaycan dilində doldurub (şəkillə birlikdə)
Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript
ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 aprel 2012-ci ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

