Bank of Baku

Bu səhifədəsiniz: İnsan Resursları

Insаn Resurslаrı

Bаnk of Bаku Insan Resurslаrı səhifəsinə xoş gəlmisiniz.

Insаn Resurslаrı «Bаnk of Bаku»nun əsаs аktivləridir!

İnsan Resursları siyasəti Bankın qarşısında duran strateji məqsədlərə çatmaqdan ötrü bankın dəyərlərini qəbul edən, peşəkar bir komanda yaradaraq qarşılıqlı maraqlar balansını düzgün seçməklə bu məqsədlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.Bankın insan resursları “ən dəyərli aktiv” olduğu üçün onlara qayğı əsas məqsədlərdən biri kimi vurğulanır və insan resurslarının idarə edilməsinin təkmil sistemləri qurulur. Bu sistem Bankın insan resurslarını strateji məqsədlərə çatmağa səfərbər etməyi stimullaşdırır.
Bankın imici ilk növbədə personaldan, o cümlədən menecmentdən, onun peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də əməkdaşların professional və şəxsi keyfiyyətlərinə və onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət yetirilir.

Biz inanırıq ki, həmfikir peşəkarlardan ibarət olan komandamız Bankın qarşısında duran məqsədlərə çatmağa qadirdir.


İşə Qəbul

Bank of Bakuda işə qəbul prossesi aşağıdakı mərhələlərlə həyata keçirilir:

  1. Mürаciətlərin qəbul edilməsi - işə müraciət forması CV.doc
    Formanı dolduraraq Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript ünvanına göndərin.
  2. Mürаciətlərin təhlili
  3. Testlərin keçirilməsi
  4. Müsahibə prosesi
  5. Namizədlərin seçilməsi
  6. Ikinci (növbəti) müsahibə (əməkhaqqı və işin şərtləri haqqında)
  7. Işə yerləşdirmə

 

Son yenilənmə 04.11.2011 09:38