Akkreditiv - bankın müştərinin (alıcının) göstərişinə əsasən, müvafiq sənədlərin təqdim edilməsi və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi müqabilində satıcıya ödənişi həyata keçirməsini göstərən razılaşmadır;
Sənədli akkreditivlərin hüquqi bazası Beynəlxalq Ticarət Palatasının 600 saylı nəşri olan Sənədli Akkreditivlər üzrə Vahid Qaydalarına əsaslanır (Uniform Customs and Practice (UCP) for Documentary Credits ICC Publication 600, 2007 Revision).
«Bank of Baku»nun müştəriləri beynəlxalq ticarət praktikasında tətbiq olunan bütün növ akkreditiv növlərindən istifadə etmək imkanına malikdirlər.
Ticarət əməliyyatlarının aparılmasında akkreditivlərdən istifadənin üstünlükləri:
- malın / xidmətin çatdırılması və ya bunların müqabilində ödənişin həyata keçirilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski minimuma endirilir
- əlavə olaraq aşağıda göstərilən digər risklərdən sığortalanmaq.
a. yerli ticarət əməliyyatlarında :
- kommersiya riskləri
- nəqliyyat riskləri
b. beynəlxalq ticarət əməliyyatlarında :
- qanun, gömrük və qaydalar
- valyuta riskləri
- məsafə, yubanma
- ölkə riski
- transfert riskləri
- akkreditivlər kredit vəsaiti cəlb etməklə müqayisədə daha az məsrəflidir
- ticarət partnyoru ilə əməliyyatlar ilk dəfə aparılırsa və tərəflər arasında əməkdaşlıq təcrübəsi yoxdursa, bu halda alqı-satqı üzrə ödənişlərin akkreditivlə həyata keçirilməsi çox faydalıdır
- ticarət əməliyyatlarında etibarlı tərəfdaş-bankla əməkdaşlıq hesabına beynəlxalq reputasiya möhkəmlənə bilər
- ticarət əməliyyatlarının aparılması ilə bağlı qarşıya çıxan məsələlər tərəfdaş-bank vasitəsilə daha qısa zamanda və daha az itkilərlə həll oluna bilir və s.
Bankın akkreditiv əməliyyatları üzrə tarif dərəcələri ilə tanış olun:
| Xidmətin adı | Tarif dərəcəsi (Qeyd: tariflər əməliyyatın hansı valyutada aparılmasından asılı olmayaraq sabitdir) |
|---|---|
| İdxal akkreditivləri üzrə | |
| Akkreditivin açılması | 0.2 % min. 100 AZN |
| Sənədlərin yoxlanılması (hər sənədlər toplusu üçün) | 0.1 % min. 50 AZN |
| Sənədlərdə uyğunsuzluqlara görə xarici banklara sorğu | 20 AZN |
| Akkreditiv üzrə vəsaitin köçürülməsi (hər köçürmə üzrə) | 0.1 % min. 20 AZN max. 300 AZN |
| Məbləğin artırılması (artırılan məbləğdən) | 0.2 % min. 50 AZN |
| Şərtlərin dəyişdirilməsi və ya akkreditivin ləğvi (məbləğin artırılmasından başqa) | 50 AZN |
| İxrac akkreditivləri üzrə | |
| Akkreditivin avizo olunması (Bankın təsdiqi olmadan) | 0.1% min. 50 AZN |
| Akkreditivin avizo olunması (Bankın təsdiqi ilə) | 1.5 % illik min 50 AZN (hər tam və ya natamam rüb üzrə) |
| Sənədlərin yoxlanlması (hər sənədlər toplusu üçün) | 0.1% min 50 AZN |
| Sənədlərdə uyğunsuzluqlara görə xarici banklara sorğu | 20 AZN |
| Akkreditivin transferi | 0.1% min. 50 AZN |
| Akkreditivin məbləğinin artırılması (Bankın təsdiqi olmadan) | 0.1% min. 50 AZN |
| Akkreditivin məbləğinin artırılması (Bankın təsdiqi olduqda) | 1.5 % illik min 50 AZN (hər tam və ya natamam rüb üzrə) |
| Şərtlərin dəyişdirilməsi və ya akkreditivin ləğvi (məbləğin artırılmasından başqa) (*) * Sənədli əməliyyatlar üzrə müxtəlif növlü dəyişiklər eyni zamanda edildikdə, dəyişikliklər üçün nəzərdə tutulan komissiya haqqı bir dəfə tutulur. | 50 AZN |
Ticarət əməliyyatlarının aparılması zamanı akkreditiv xidmətindən istifadə etmək istəyən sahibkar və müəssisələr layihənin istənilən mərhələsində qarşıya çıxan məsələlərin optimal həllini tapmaq üçün Bankın peşəkar mütəxəssisləri ilə məsləhətləşmələr aparmaq imkanına malikdirlər. Bununla bağlı daha ətraflı məlumat almaq üçün Bankın Baş ofisinə və Mərkəz filialına müraciət edə bilərsiniz.