Bank of Baku

Zəmanətlər

Zəmanət - Bankın benefisiar qarşısında öhdəliyi olmaqla , kontragentin öz öhdəliklərini yerinə yetirməməsi halında razılaşmada göstərilmiş məbləği benefisiarın xeyrinə köçürməsini nəzərdə tutan əməliyyatdır . Başqa sözlə , zəmanət - yazılı ödəniş tələbinin və zəmanət şərtlərində göstərilmiş digər sənədlərin təqdim olunması müqabilində zamin - bankın ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.

Bank zəmanətləri Benefisiara zəmanət verən Bankın yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən tənzimlənir. Bəzi hallarda isə Beynəlxalq Ticarət Palatasının Tələb olunan Zəmanətlər üçün Vahid Qaydaları (Uniform Rules for Demand Guarantees (URDG) ICC Publication 458) tətbiq olunur.

Bank zəmanətləri ə sas alqı - satqı müqaviləsindən ayrı mövcud olan bir alət olmaqla tərəflərdən hər hansı birinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etməyə yönəldilir. Zəmanət üzrə məbləğin ödənilməsi benefisiarın ilkin yazılı müraciətinə əsasən dərhal, heç bir araşdırma aparılmadan (benefisiar tərəfindən təqdim olunan sənədlərin düzgünlüyünün yoxlanılmasından başqa) zamin - bank tərəfindən həyata keçirilir .

Ticarət əməliyyatlarının aparılmasında zəmanətlərdən istifadənin üstünlükləri:

  • alqı - satqı müqaviləsinin şərtlərinin yüksək səviyyədə və qüsursuz yerinə yetirilməsinin təmin olunması
  • satıcı üçün mal və ya xidmətin çatdırılmasına görə ödənişin edilməməsi riskindən azad olmaq
  • etibarlı tərəfdaş - bankla əməkdaşlıq və bunun hesabına beynəlxalq reputasiyanın möhkəmləndirilməsi
  • ticarət əməliyyatlarının aparılması və ya layihələrin həyata keçirilməsi ilə bağlı qarşıya çıxan məsələlərin tərəfdaş - bank vasitəsilə daha qısa zamanda və daha az itkilərlə həll olunması
  • potensial partnyorların sayının artırılması

« Bank of Baku » beynəlxalq praktikada ən çox istifadə olunan zəmanət əməliyyatlarını müştərilərinə təqdim edir:
  • Tender zəmanəti (Bid Bond müəssisənin tender üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi halına qarşı tətbiq olunur)
  • Öhdəliklərin icra edilməsinin zəmanəti (Performance Bond müqavilənin şərtlərinə əsasən öhdəliklərin yerinə yetirilməsini təmin etməyə yönəlir)
  • Əvvəlcədən ödənişin qaytarılmasının zəmanəti (Advance Payment Guarantee müqaviləyə əsasən ödənişi əvvəlcədən edilmiş malın yüklənməməsi halında ödənişin geri qaytarılmasını təmin etməyə yönəldilib)
  • Ödəniş zəmanəti (Payment Guarantee çatdırılmış mallara və göstərilmiş xidmətlərə görə ödənişin vaxtlı - vaxtında həyata keçirilməsinin təmin edilməsinə yönəldilir və əsasən « açıq hesablarla » iş zamanı istifadə olunur)
  • Gömrük zəmanəti (Customs Guarantee malların gömrük sərhədindən az vaxt itkisi olmaqla keçirilməsinin təmin edilməsinə yönəldilir)

Bankın zəmanətlər üzrə tarif dərəcələri ilə tanış olun: Zəmanətlər üçün nəzərdə tutulan tariflər “Stand-by” tipli akkreditivlərə də şamil edilir

Zəmanətlər üçün nəzərdə tutulan tariflər “Stand-by” tipli akkreditivlərə də şamil edilirTarif dərəcəsi (Qeyd : tariflər əməliyyatın hansı valyutada aparılmasından asılı olmayaraq sabitdir)
Çıxan zəmanətlər üzrə
Zəmanətin verilməsi 0.2% min. 50 AZN
Şərtlərin dəyişdirilməsi / zəmanətin ləğv edilməsi (məbləğin artırılmasından başqa) 50 AZN
Məbləğin artırılması (artırılan məbləğdən) 0.2% min. 50 AZN
Zəmanət üzrə vəsaitin köçürülməsi (hər köçürmə üzrə) 0.3 % min. 20 AZN max. 300 AZN
Daxil olan zəmanətlər üzrə
Zəmanətin avizo olunması ( Bankın təsdiqi olmadan ) 0.1%, min. 50 AZN
Zəmanətin avizo olunması ( Bankın təsdiqi ilə ) 1.5 % illik
min. 50 AZN
(hər tam və ya natamam rüb üzrə)
Şərtlərin dəyişdirilməsi / zəmanətin ləğv edilməsi (məbləğin artırılmasından başqa) 50 AZN
Məbləğin artırılması (artırılan məbləğdən) 0.1 % min. 50 AZN
Zəmanət üzrə vəsaitin artırılması (Bankın təsdiqi olduqda) 1.5 % illik
min. 50 AZN
(hər tam və ya natamam rüb üzrə)



Son yenilənmə 26.05.2010 17:48