Pulların da öz hərəkəti var – Çevik hərəkət. Bank of Baku ÇEVİK əmanətini Sizə təqdim edir.
“Bank of Baku” öz müştərilərinə, yeni “Çevik” adlı əmanət məhsulunu təqdim edir. Adından məlum olduğu kimi, bu əmanətə çeviklik xüsusiyyəti məxsusdur. Məhsulun çevikliyi əsasən, əmanətin istənilən vaxt, cəriməsiz çıxarılması və bununla yanaşı çıxarılan əmanətə hesablanan faizlərin yüksək olmasındadır.
“Çevik” əmanəti, bankın əmanət məhsullarının inkişafı strategiyasına müvafiq olaraq, “Dinamik” əmanət növünün müştəri seqmentindən fərqli olan digər müştəri seqmentlərini də əhatə etmək məqsədilə yaradılmışdır. Mahiyyətcə bir çox şərtlərinin “Dinamik” əmanətin şərtləri ilə oxşarlığına baxmayaraq, qeyd edilən seqmentin tələblərinə əsasən fərqləndirilmiş şərtləri aşağıdakı cədvəldən daha aydın görə bilərik:
| «Çevik» əmanət | «Dinamik» əmanət | |
|---|---|---|
| Müştəri seqmenti | Əmanətini vaxtından əvvəl çıxarma ehtimalı böyük olan müştərilər | Digər bütün müştərilər |
| Müddət | 18 ay | 60 aya qədər |
| Faizlərin ödənilməsi | Əmanət çıxarılarkən və ya müddətin sonunda (Əmanət 2 aydan tez çıxarılarsa heç bir faiz ödənilmir) | Aylıq və müddətin sonunda |
| Əmanətin ilkin məbləği | min – 500 AZN/USD/EUR max – yoxdur |
min – 100 AZN/USD/EUR max – yoxdur |
Əmanətin şərtləri:
| Əmanətin valyutası | AZN/USD/EUR |
| Müddət | 18 ay |
| Faizlərin ödənilməsi | Vəsait çıxarılarkən və ya müddətin sonunda |
| Əmanətin ilkin məbləği | 500 AZN/USD/EUR |
| Əmanətin maksimal məbləği | Məhdudiyyət yoxdur |
| Faiz dərəcəsi | İllik faiz dərəcələri aşağıdakı şəkildə təyin edilirlər:
|
| Əmanətin azaldılması | İcazə verilir |
| Əmanətin artırılması | İcazə veril mir |
| Avtoprolongasiya | Bankın həmin günə olan müvafiq faiz dərəcələrinə uyğun |
| Əlavə üstünlüklər |
|
* Müştəri pulsuz hər hansı kart aldıqda və əlavə olaraq digər kart üçün müraciət etdikdə, əlavə kart qüvvədə olan komissiyalar tutulmaqla verilə bilər.
** Avro ilə yerləşdirilmiş əmanətlər üzrə kredit xətti manatla ayrılır.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik şurasının qərarı ilə 2010-cu il iyun ayının 1-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək ( 30000 AZN qədər ) təyin olunmuşdur.