«Bank of Baku» öz korporativ müştərilərinə bütün növ bank hesablarının açılması və idarə olunmasını təklif edir. Bankın müştəriləri öz bank hesabları vasitəsilə ölkənin bank qanunvericiliyi ilə nəzərdə tutulan bütün növ bank xidmətləri həyata keçirmək imkanına malikdirlər.
«Bank of Baku»da bank hesabı açmaq və bank xidmətlərindən istifadə etmək Sizə hansı üstünlükləri verəcək?
- Rahat istifadə
- Sərfəli tariflər
- Keyfiyyətli xidmət
- Etibarlı tərəfdaşlıq
- «Bank of Baku»-da AZN, USD, EUR və digər valyutalarda hesab açmaq mümkündür
| Xidmətin adı | Əməliyyat valyutası | ||||
|---|---|---|---|---|---|
| AZN | USD | EUR | RUB | DIGƏR | |
| Hesabın açılması | Komissiya nəzərdə tutulmayıb | ||||
| Hesab üzrə minimal qalıq | Nəzərdə tutulmayıb | ||||
| Hesabın aparılması | Komissiya nəzərdə tutulmayıb | ||||
| Hesabın bağlanılması | Komissiya nəzərdə tutulmayıb | ||||
Qeyd: bu tariflər qeyri-bank hüquqi şəxslərə və uçot vahidləri olan fiziki şəxslərə (fərdi sahibkarlara) tətbiq edilir.
| Hesabın açilmasi və aparılmasi | |
|---|---|
| Xidmətin adı | Tarif dərəcəsi |
| Cari | Pulsuz |
| Ssuda və əmanət | Pulsuz |
| Hesab üzrə minimal qalıq | Nəzərdə tutulmayıb |
| Hesabın aparılması | Pulsuz |
| Hesabın bağlanılması | Pulsuz |
| Hesab üzrə sənədlərin verilməsi | 5 AZN |
| Gömrük orqanlarına təqdim edilən uçot-nəzarət vərəqəsinin verilməsi | Pulsuz |
| Hesab üzrə arayışların verilməsi | Pulsuz |
| Hesab üzrə arxiv sənədlərin verilməsi | 5 AZN |
Qeyd: tariflər hesabın hansı valyutada açılmasından asılı olmayaraq sabitdir.
HESABLAŞMA HESABININ AÇILMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:
HÜQUQİ ŞƏXSLƏR- Hesabın açılması üçün ərizə (Bankda verilir)
- Bank hesabı müqaviləsi (bankda verilir; 2 nüsxədə)
- Nizamnamə və ya əsasnamənin notarial qaydada təsdiq olunmuş surəti
- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti
- Hər bir hesab üçün Vergi orqanları tərəfindən verilmiş Şəhadətnamə-dublikat
- Notarial qaydada təsdiq edilmiş imza nümunələri – (bankda verilir; 2 ədəd)
SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ ŞƏXSLƏR ÜÇÜN
- Sahibkarın şəxsiyyətini təsdiq edən sənəd
- Statistika orqanlarında dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti
- Müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (hər hesab üzrə)