Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İnsan Resursları

Bank of Baku – bir məktəbdir! 

İşə qəbul prosesi vaxt tələb edən və məsuliyyətli bir prosedir. Bu prosesdə biz daim çalışırıq ki, aşağıdakı prinsiplərə əməl edək:

Obyektivlik - Şəffaflıq - Əhatəlilik - İnkluzivlik

Seçim prosesi vəzifədən asılı olaraq müraciətlərin nəzərdən keçirilməsi, testləşdirmə (məntiqi-riyazi, psixoloji, funksional) və 2 mərhələli müsahibədən ibarət ola bilər. Bütün işə qəbul müraciətləri yalnız bankın xüsusi işə müraciət forması vasitəsilə qəbul olunur.

Aşağıdakı hissədə siz bankımızda hal-hazırda mövcud olan vakant iş yerləri haqqında məlumat əldə edə və müraciət edə bilərsiniz:

Xidmət üzrə kiçik ekspert


Əsas vəzifə və öhdəliklər

  • Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
  • Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
  • Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
  • Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Yuxarıdakı tələblərə uyğun namizədlər aşağıdakı linkdən istifadə edərək bu vəzifə üzrə seçim prosesinə qoşula bilərlər: https://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/ Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Qərarların icrası şöbəsinin hüquqşünası


Əsas vəzifə və öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
  • İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
  • İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
  • İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Seçim meyarları

  • Ali hüquqi təhsil
  • Məhkəmə və qərarların icrası sahəsində iş təcrübəsi
  • Azərbaycan dili üzrə əla bacarıqlar
  • MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
  • Sürücülük vəsiqəsi

İş şərtləri

  • İş yeri: Bakı, Gəncə, Şirvan, Lənkəran, Səki
  • İş vaxtı: 5 iş günü, 09.00-18.00
  • Əsas əmək haqqı + bonus

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz.
Müraciətinizi göndərdikdən sonra siz bu haqda təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Yay Təcrübə Proqramı

Bank of Baku böyük məmnuniyyət hissi ilə 2017-ci il üzrə Yay Təcrübə Proqramını açıq elan edir!

Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

  • Marketinq, biznesin inkişafı, partnyorluq və layihələr;
  • Risklərin idarə edilməsi və banklararası əməliyyatları;
  • Müştərilərə xidmət və ön masa əməliyyatları;
  • Məlumat mərkəzi və kommunikasiya;
  • Hüquq və məhkəmə işləri;
  • İnformasiya texnologiyaları, proqramlaşdırma və bank sistemləri;

Kimlər müraciət edə bilər?

  • Ali məktəbi bu il bitirən və/və ya hal-hazırda magistraturada təhsil alan şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar;
  • MS Office proqramları ilə fəal şəkildə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Təcrübə proqramının şərtləri

  • Müddət: 3 ay
  • Aylıq təqaüd
  • Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00
  • Təcrübə yeri: Baş Ofis və filiallar
  • Müraciət üçün son tarix: 30/06/2017

Kassa üzrə kiçik ekspert


Əsas vəzifə və öhdəliklər

  • Nağd vəsait və ödəniş çeklərini qəbul etmək
  • Yerli və xarici valyuta mübadiləsi əməliyyatlarını aparmaq
  • Əməliyyatları bankın əməliyyat proqramında əks etdirmək

Seçim meyarları

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı

İş şərtləri

  • İş yeri: Bakı filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00
  • Əmək haqqı: 400 AZN (net)

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Müraciətinizi göndərdikdən sonra siz bu haqda təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Problemli kreditlər üzrə ekspert (Bakı və regionlar)


Əsas vəzifə və öhdəliklər

  • Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
  • Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
  • Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.

Seçim meyarları

  • Ali təhsil
  • Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
  • Səlis nitq qabiliyyəti
  • İnandırma qabiliyyəti və məqsədyönlülük
  • Azərbaycan dili biliyi - əla
  • MS Office proqramlarında işləmək bacarığı

İş şərtləri

  • İş yeri: Bakı, Şəki, Şirvan, Lənkəran, Gəncə, Xaçmaz filialları
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Müraciətinizi göndərdikdən sonra siz bu haqda təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio