Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku

Biz kimik və nə ilə məşğul oluruq

 

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”-nun fəaliyyətnin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün bir stimuldur.

Bankın şüarı olan “Sizə yaxın bankçılıq”, “Bank of Baku”-nun - müştərilər və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq- fəlsəfəsini özündə cəm edir. Bank özünün bütün fəaliyyəti boyunca Azərbaycanda pərakəndə biznesin formalaşmasına və inkişafına öz töhfəsini verir.

“Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabağcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s. Bununla da “Bank of Baku” böyük bir insan kütləsi arasında bank məhsul və xidmətlərinin yayılmasında böyük rol oynadı.

Bir o qədər də uzaq olmayan 90-cı illərdə Azərbaycanda nağd ödənişlər tam üstünlük təşkil edirdi. Nağdsız ödənişlər infrastrukturunun olmaması səbəbindən kredit kartları sıravi istehlakçılara çox çətinliklə yol tapa bilirdi. “Bank of Baku” kütləvi şəkildə kredit kartları rəsmiləşdirən ilk banklardan olub. Nağdsız ödənişlər bank üçün prioritet sahədir və bu istiqamətdə “Bank of Baku”  “ilk”-lərə imza atan bir maliyyə təsisatıdır. 2011-ci ilin payızında “Bank of Baku” Azərbaycanda ilk dəfə Bolkart hissə-hissə ödənişli kart layihəsinə start verdi. Böyük sayda sıravi istehlakçıları hədəfləyən Bolkart və “Bank of Baku”-nun digər kredit kartlarından bu gün yüz minlərlə insan istifadə edir.

“Bank of Baku”-nun plastik kartları ilə nağdsız ödənişlər bankın hər kəs tərəfindən etiraf edilən bir nailiyyətidir. Yerli bank sektorunun tənzimləyicisi- Azərbaycan Respublikası Mərkəzi Bankı- nağdsız ödənişlər nominasiyasında “Bank of Baku”-nu dəfələrlə birinci yerlə təltif edib.

Müştərilərlə  qarşılıqlı əlaqələr

Kredit bazarında aparıcı banklardan olan “Bank of Baku” müştərilərlə qarşılıqlı əlaqələrə xüsusi önəm verir. Bank müştərilərlə əlaqəni çoxsaylı kommunikasiya vasitələri ilə saxlayır və bu, bankın istehlakçılarla münasibətlərinin strateji bir xəttidir. Sosial şəbəkələr vasitəsilə işə xüsusi diqqət yetirilir.2013-cü ildə “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin Sosial Yönlü Səhifə (Socially Devoted Page) nominasiyası üzrə mükafatına layiq görülüb. Təqdim edilmiş xüsusi sertifikatda “Bank of Baku”-nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib və bildirib ki, “Bank of Baku”-nun Facebook səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulub.

 

“Bank of Baku” müştərilərlə əlaqəni 145 Məlumat Mərkəzi və bir sıra internet kanallar vasitəsilə saxlayır. 145 Məlumat Mərkəzi operativ qaydada müştərilərin sorğularını qəbul edir və son bank yeniliklərinə dair onları məlumatlandırır.Daxil olan şikayət və təkliflər bank məhsullarının təkmilləşdirilməsi məqsədilə nəzərə alınır.

 

Azərbaycan bank tarixində ilk dəfə olaraq “Bank of Baku” sadiq müştərilər üçün imtiyazlı“Dostlar klubu”-nu təsis edib. Klubun üzvü olan bankın daimi müştəriləri kredit rəsmiləşdirərkən müxtəlif imtiyaz və güzəştlərdən faydalanır. Bununla, “Bank of Baku”,  sadiq müştərilərini mükafatlandırır və onlarla “Dostlar klubu” çərçivəsində qarşılıqlı fəaliyyət göstərir.

 

Müştəri rəyi bizim üçün – son dərəcə vacibdir. Biz hər müştərinin rəyini nəzərə alırıq. Biz tənqiddən yayınmırıq, biz ondan nəticə çıxarırıq.

 

 

Bizim inkişaf strategiyamız

 

2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqramın əsas cəhətlərindən bir neçəsini filial şəbəkəsinin genişləndirilməsi, risklərin və maliyyə göstəricilərin strateji tənzimlənməsi,xidmət keyfiyyətinin yaxşılaşdırılması təşkil edir. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açılır. Bundan başqa, müştəri xidmətlərində  texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsi, bankın mövqelərinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.

 

“Bank of Baku”-nun uğurlarının etirafı kimi Мoody’s  beynəlxalq reytinq agentliyinin mövqeyini göstərmək olar. 2012-ci ildə reytinq agentliyi “Bank of Baku”-nun B2  uzun müddətli reytinq üzrə proqnozunu  stabildən pozitiv səviyyəyə dəyişdi. 2013-cü ildə isə Мoody’s “Bank of Baku”-nun ümumi reytinqini  B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etdi. Мoody’s təhlilçilərinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku”-nun güclü maliyyə göstəriciləri, möhkəm avtonom kreditvermə imkanları və aktivlərin yüksək keyfiyyətli olmasıdır.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsindəki layihələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə aksiyalarına prioritet diqqət yetirilir. “Bank of Baku” ölkədə yeni və genişmiqyaslı sosial layihələr həyata keçirməkdə davam edəcək.

Bu gün “Bank of Baku” Azərbaycanın maliyyə sektorunun aparıcı təsisatlarındandır.Müştərilərin gözləntilərini qarşılamaq və “Sizə yaxın bankçılıq” şüarını doğrultmaqda davam etmək üçün “Bank of Baku” özünün dinamik inkişafına davam edəcək.

 

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio