
"Akademiya" reality- show
2006-ci ilin oktyabr ayından etibarən Lider telekanalında yeni musiqili sou-yarışma start götürmüşdür. Bu günə qədər Azərbaycanda olan oxşar telelayihələrdən miqyasına, təşkilati işlərinə, iştirakçıların səviyyəsinə, cəlb olunmuş peşakar sənətçilərin sayına və maliyyə büdcəsinə çox fərqlənən "Akademiya" musiqi istedadı olan gənclərin tapılıb ərsəyə çıxarılması və onlara karyera qurmasında yaxından yardımçı olmağı qarşısına məqsəd qoymuşdur.
Layihənin ana xəttini mürəkkəb seçimlərdən keçmiş 19 nəfər istedadlı gəncin və onların müəllimləri rolunda çıxış edən Azərbaycan şou-biznes məkanında özünü kifayət qədər tanıtmış məşhur insanların yarışı təşkil edir. Layihəyə müəllim-münsiflər kimi cəlb olunan Zülfiyyə Xanbabayeva, Röya, Aygün Kazımova, Elnarə, Fidan Hacıyeva, Kamran Həsənli, "Dəyirman" qrupu, Samira və digərləri kimi məşhur sənətçilər və layihənin rəhbəri qismində çıxış edən Brilliant Dadaşova layihənin peşəkarlıq səviyyəsinin əyani sübutudur.
Şərtlərə əsasən layihə müddətində bir evdə yaşayan, məşq edən və müəllimlərindən dərs alan gənc yarışçılar həftədə bir dəfə keçirilən yekun konsertində çıxış edərək tamaşaçıların SMS-lərini toplamağa çalışırlar. Həftə ərzində tamaşaçıların ən az etimadını qazanmış iştirakçı ilə müəllimlərin-münsiflərin seçdiyi iştirakçı konsert zamanı “rinq”də duelə çıxaraq canlı ifaları ilə tamaşaçıların sms-lərini qazanmağa çalışırlar. Sonda məğlub olan iştirakçı şounu tərk edir və bu minvalla şou 4 nəfər iştirakçının qalacağı final gününə qədər davam edir. Nəticədə finalçılar ilk üç yerin və qran-prinin sahibini müəyyən edirlər.
Layihəyə baş sponsorlardan biri kimi qatılan "Bank of Baku" layihəni hər həftə tərk edən və sonda qalib gələn iştirakçıların hər birinə Dynamic Plus Card -larını və müxtəlif həcmdə pul mükafatları hədiyyə edir.
Dynamic Plus Card-larını əldə etmiş "Akademiya"çılar: |
|