1969 – 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil almışdır. Tibb elmləri namizədi, 70-dən çox elmi əsərlərin müəllifidir. Daxili xəstəliklər ixtisası üzrə baş elmi işçidir.
Müxtəlif illərdə ölkə daxilində və xaricdə, o cümlədən Baltikyanı ölkələr, Türkiyə (Mersin, Antalya, Kuşadası, Kemer), Qazaxıstan (Alma-Ata), Özbəkistan (Daşkənd) və digər ölkələrdə keçirilən tibb elminin müxtəlif istiqamətlərinə dair konqres və elmi-praktik konfranslarda iştirak etmişdir. Bundan əlavə E.İsayev bank sahəsində korporativ idarəetmə və bank menecmenti mövzularında müxtəlif vaxtlarda keçirilən yerli və beynəlxalq seminarların iştirakçısı olmuşdur.
1975-ci ildən bu günədək Bakı şəhəri 5 saylı Şəhər Klinik Xəstəxanasında çalışır, hazırda xəstəxananın mədə-bağırsaq şöbəsinin müdiridir.
1997-ci ildə “Bank of Baku”nun Nizamnamə kapitalının bir hissəsini əldə etmişdir. Həmin ildən etibarən Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının sədridir.
1979-cu il, sentyabr ayının 29-da anadan olmuşdur. 1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir. 2006-cı ildən bu günə qədər “Warwick Business School”da (İngiltərə) MBA proqramı üzrə təhsil alır.
Müxtəlif vaxtlarda aşağıdakı beynəlxalq seminarlarda, treninq-kurslarda iştirak etmişdir:
McKinsey şirkətin daxili treninq proqramı (Moskva) – Maliyyə Menecmenti, Transevropean Centre Ltd. (London və Edinburq) – Layihə maliyyələşdirməsi və menecmenti- 04/2004, Daxili Audit və Nəzarət ACCA (Böyük Britaniya) – Maliyyə hesabatlarının hazırlanması, İdarəetmə üçün maliyyə məlumatı, İnsanların idarəedilməsi, Məlumat sistemləri, Korporativ və biznes hüququ, Vergitutma-Böyük Britaniyanın vergi sistemi, Maliyyə idarəetməsi və nəzarət, Maliyyə hesabatlığı, Audit və daxili nəzarət və s.
Professional fəaliyyətinə 1998-ci ildən yerli şirkətlərin birində mühasib olaraq başlamışdır. 1999-2002-ci illərdə İlkbankda əməliyyat departamentinin mütəxəssisi və kredit departamentinin mütəxəssisi vəzifələrində çalışmışdır. 2002-ci ilin sonlarına qədər “Halliburton İnternational” ASC-də Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci fazası üzrə layihənin qiymətləndirməsi üzrə mütəxəssisi vəzifəsində çalışmışdır, 2003-cü ilin ortalarına qədər EUPEC Pipe Cootinqs Azerbaijan şirkətində Maliyyə direktoru vəzifəsində çalışmışdır. 2003-cü ilin ortalarından 2006-cı ilə qədər Azpetrol şirkətində Vergi Planlaşdırılması və Büdcə Nəzarəti Departamentinin direktoru, Maliyyə direktoru və Direktorlar Şurasının Sədr Müavini vəzifələrində çalışmışdır. Bir müddət Rusiyada “McKinsey & Company”də məsləhətçi vəzifəsində çalışdıqdan sonra Bakıya qayıdaraq “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində işə davam etmişdir. Hazırda Bank of Baku ASC-nin İdarə Heyətinin Sədridir.
Xalid Əhədov
İdarə Heyəti Sədrinin Müavini, Pərakəndə Bahk Biznesi sahəsinin rəhbəri.
1980-ci il, fevral ayının 4-də anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. Hazırda Moskva Dövlət Universitetində «Bank işi» ixtisası üzrə aspiranturada təhsil alır.
Bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görmüşdür. Müxtəlif vaxtlarda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə keçirilən onlarla elmi-praktik treninq və seminarlarda iştirak etmişdir.
Professional fəaliyyətə 1999-cu ilin mart ayında «Bank of Baku» BSKB-də başlamışdır. Bu müddət ərzində SWIFT üzrə mütəxəssisdən hazırki dövrdə İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə qədər yüksəlmişdir. Bir sıra uğurlu layihələrin müəllifidir.
Hazırda İdarə Heyəti Sədrinin Müavini, Pərakəndə Bahk Biznesi sahəsinin rəhbəri vəzifəsində çalışır.
Fərid Məmmədov
İdarə Heyəti Sədrinin Müavini, Korporativ Bank Biznesi sahəsinin rəhbəri
1978-ci il, aprel ayının 29-da anadan olmuşdur.
1995-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasında «Siyasi elmlər» ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Hazırda Beynəlxalq Münasibətlər tarixi ixtisası üzrə həmin Akademiyanın aspirantıdır.
Bir sıra dərgilərdə müxtəlif mövzuda məqalələri çap olunmuşdur. Müxtəlif vaxtlarda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə keçirilən onlarla elmi-praktik treninq və seminarlarda iştirak etmişdir.
Peşəkar fəaliyyətinə 2001-ci ildə United Kredit Bankın Beynəlxalq hesablaşmalar və qiymətli kağızlar şöbəsində başlamışdır. Həmin ilin may ayından etibarən isə F.Məmmədov «Bank of Baku»ya keçərək burada Vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsi idarəsinin mütəxəssisi kimi çalışmağa başlamışdır. 2002-ci ilin fevral ayından etibarən Bankın Kredit Departamentində fəaliyyətini davam etdirməklə burada kommersiya kreditləri şöbəsinin mütəxəssisi vəzifəsindən Departamentin direktoru vəzifəsinə qədər yüksəlmişdir. Kredit sahəsi üzrə çalışdığı müddət ərzində Bankın inkişafında mühüm əhəmiyyət kəsb edən Mikrokreditlər və SME kreditlər kimi iri layihələri tətbiq etmişdir.
Hazırda İdarə Heyəti Sədrinin Müavini, Korporativ Bank Biznesi sahəsinin rəhbəri vəzifəsində çalışır.
Əfqan İsayev
İdarə Heyəti Sədrinin Müavini, Risk və Hüquq sahəsinin rəhbəri
1974-cü ildə, noyabr ayının 3-də anadan olmuşdur.
1996-cı ilə qədər ABŞ-ın Rutgers Universitetində Maliyyə və İqtisadiyyat ixtisası üzrə BS/BA dərəcəsinə yiyələnmişdir. 1998-ci ildə isə Rutgers Graduate School of Management-də Maliyyə və MİS üzrə MBA dərəcəsi almışdır.
Təhsil aldığı müddətdə elmi-nəzəri və ictimai fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Bunların sırasında Wall Street Journal dərgisinin «Student Achievement Award in Economics» mükafatı, akademik nəaliyyətlər sahəsindəki uğurlarına görə "Who’s Who Among Universities" mükafatı, Rutgers University and Graduate School of Management Highest Honor Graduate diplomu kimi yüksək nəaliyyətləri vapdır.
Professional fəaliyyətə 1997-ci ildən Rutgers Universitetində Technical Assistance Program üzrə Strateji Menecment məsləhətçisi kimi başlamışdır.
Bank sahəsində fəaliyyətinə isə dünyanın ən iri maliyyə qurumlarından biri olan “American Express“ şirkətində başlamışdır. Burada 2004-cü ilə qədər müxtəlif vaxtlarda Mərkəzi və Şərqi Avropa regionu üzrə Maliyyə Tədqiqatçı, Risk Menecment – Strateji Alyans və Co-brendlər üzrə Menecer, Portfelin Təhlili Qrupunun Meneceri vəzifələrində çalışmışdır.
«Bank of Baku» KBASC-nin sıralarına 2004-cü ilin fevral ayından qatılmışdır.
Hazırda İdarə Heyəti Sədrinin Müavini, Risk və Hüquq sahəsinin rəhbəri vəzifəsində çalışır.
Fərid Əlizadə
İdarə Heyəti Sədrinin Müavini, Maliyyə sahəsinin rəhbəri
1974-cü ildə, oktyabr ayının 26-da anadan olmuşdur.
Ali təhsilini ABŞ-da almışdır. Burada 1993-96-cı illərdə Rutgers Universitetində Biznesin Təşkili və İdarəedilməsi – Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə, 1997-99-cu illərdə isə Rice Universitetində eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan əlavə bir neçə ixtisas sertifikatına malikdir.
Peşəkar fəaliyyətinə 1996-cı ildə ABŞ-da UNOCAL Corporation şirkətində başlamışdır. 3 il ərzində bu şirkətdə çalışdıqdan sonra 1999-2001-ci illərdə fəaliyyətini əvvəl Deutsche Bank Sekurities İnc.-də törəmə maliyyə vasitələri ilə əməliyyatlarda risk menecmenti və nəzarət sahəsi üzrə, daha sonra isə Reunion Power LLC şirkətində inkişaf pesrpektivləri sahəsi üzrə məsləhətçi kimi davam etdirmişdir. 2001-2002-ci illərdə Rolls Royce Power Ventures şirkətində Maliyyə məsələləri üzrə baş mütəxəssis kimi çalışdıqdan sonra 2003-cü ildə Azərbaycana qayıdıb burada Mcdermott Caspian Contractors Inc. şirkətində Maliyyə mühasibi kimi fəaliyyətini davam etdirmişdir.
2005-ci ilin fevral ayından etibarən «Bank of Baku»nun sıralarına qatılan F.Əlizadə hazırda İdarə Heyəti Sədrinin Müavini, Maliyyə sahəsinin rəhbəri vəzifəsində çalışır.
Fərid Hüseynov
İdarə Heyəti Sədrinin Müavini
Əməliyyat və İT sahəsinin rəhbəri
1983-cü il, oktyabr ayının 10-da anadan olmuşdur. 1999-cu ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Ilk öncə Maliyyə və Kredit ixtisası üzrə bakalavr dərəcəsi, sonra isə Bank işi ixtisası üzrə maqistr dərəcəsi almışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Bank işi kafedrasında aspirantdır.
Bir sıra elmi jurnallarda fərqli məqalələr dırc etdirmişdir. Fərqli vaxtlarda, istər ölkədaxili istərsə də ölkəxaricində elmi-praktiki seminarlarda iştirak etmişdir. 2004-cü ildə ilin “Branch Manager”i tituluna, 2006-cı ildə isə Gənc İstedadlı Menecerlər nominasiyası üzrə “UĞUR” Milli Premiyaya laiq görülmüşdür.
Professional fəaliyyətinə 2001-ci il tarixdən “Bank of Baku”da Müştəri Xidmətləri Departamentinin mütəxəssisi vəzifəsində başlamışdır.