|
Bir bankın Sizə nə verə
biləcəyi barədə düşündük;
Siz,
- vaxtınızı, yüksək səviyyəli xidməti və dəqiqliyi
qiymətləndirirsiniz!
- istəyirsiniz ki, biznesinizlə bağlı bütün məsələləriniz
tez bir zamanda həll olunsun!
- biznes partnyorlarınızla hesablaşmaların vaxtlı-vaxtında
aparılmasını etibarlığınız və dürüstlüyünüzün göstəricisi
hesab edirsiniz!
- biznesinizdə iri məbləğdə vəsaitlər dövr edir və buna görə
də bank xidmətlərində həm də sərfəli tarif dərəcələrinin
olmasını istəyirsiniz!
- vəsaitlərinizdən rahat, təhlükəsiz və rasional şəkildə
istifadə etməyə xüsusi əhəmiyyət verirsiniz!
Bir sahibkarın və ya şirkət rəhbərinin işbirlyi qurduğu
bankdan gözlədikləri məhz bunlardır. Sizin bu istəklərinizi
qarşılamaq gücündə oluduğumuza əmin olduq və «Bank of Baku» nun əsasını qoyduq.
Sizin bu ehtiyaclarınızı qarşılaya bilən bank yaratdıq;
1994-cü il fevralın 14-də «Tuqay» adı altında ölkənin ilk
kommersiya banklarından biri kimi rəsmi qeydiyyatdan keçdik.
Bankın təsisçiləri kimi çıxış edən bir neçə fiziki şəxs və
Türkiyənin NAB Dış Ticarət şirkəti bundan 3 il sonra bankın
adını «Bank of Baku» Birgə Səhmdar Kommersiya Bankı
ilə
əvəzləməyə qərar verdi. Bu ad altında həm yerli, həm də
beynəlxalq səviyyədə tanınmaq yolunda inamla addımlamağa
başladıq.
Milli və beynəlxalq səviyyələrdə tanındıq;
1998-ci ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq
beynəlxalq standartlar əsasında Arthur Anderson şirkətinin
auditini keçdik və həmin ildən etibarən hər il bankmızda
beynəlxalq audit əməliyyatlarının aparılmasının əsası
qoyuldu. Qeyd edək ki, hazırki auditorumuz bu sahədə
dünyanın ən iri şirkətlərindən hesab olunan «Delloitte &
Touche» şirkətidir.
Düzgün və məqsədyönlü fəaliyyətin nəticəsi olaraq qısa bir
zamanda beynəlxalq maliyyə qurumlarının etimadını qazana
bildik və onlarla istər müxbir əlaqələrin qurulması, istərsə
də müxtəlif layihələr çərçivəsində xidmət və təcrübə
mübadiləsinin aparılması yönündə əməkdaşlığa başladıq.
Hazırda dünyanın 10-dan çox ölkəsində yerləşən 50-yə yaxın
bankla beynəlxalq bank əməliyyatlarını həyata keçiririk.
Bunların sırasında American Express Bank, Dresdner Bank AG, KBC Bank, Raiffeisen Zentral Bank,
Fortis Bank, Alfa Bank, ParexBank və digərlərini göstərmək
olar.
Bundan əlavə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq mailiyyə qurumları, o cümlədən Alman-Azərbaycan Fondu, Almaniyanın Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Master Card İnt. və digərləri ilə müxtəlif layihələr çərçivəsində uğurla əməkdaşlıq edirik.
Bankın fəaliyyətində yeni istiqamət tutduq;
2001-ci ildə Bankın səhmdarlarının toplantısında qəbul
olunmuş yeni uzunmüddətli inkişaf strategiyasına əsasən
fəaliyyətimizdə prinsipial dəyişiklik edərək banklararası
xidmət bazarından fərdi bankçılığa, həmçinin kiçik və orta
biznes üçün xidmətlər bazarına üz tutduq.
Qəbul olunmuş strategiyaya əsasən qarşımıza bir neçə mühüm
məqsəd qoyduq:
- korporativ idarəetmənin təkmilləşdirilməsi
- müasir tələblərə cavab verən maliyyə məhsul və
xidmətlərinin çeşidinin artırılması
- müştəriyönlü siyasətin inkişaf etdirilməsi
- bank fəaliyyətində ən müasir texnologiyaların tətbiqi
- filial şəbəkəsinin genişləndirilməsi
Bank bazarında mövcud olan standartları göz önünə alaraq
bazarın tamamilə yeni bir seqmentinə üz tutsaq da, qısa vaxt
kəsiyində geniş əhali kütləsinin və biznes təmsilçilərinin
etibarını və etimadını qazanmağa nail olduq. Bunun nəticəsi
olaraq müştərilərimizin sayı yüksək
sürətlə artaraq hazırda 145 min nəfərə çatmışdır.
Gənc kadrlara üstünlük verdik;
Düzgün və uzunmüddətli perspektivə yönələn kadr siyasəti
Bankmızın əsas prinsiplərindən hesab olunur. İşçilərin işə
qəbul olunması zamanı tətbiq olunan meyarlar və onlar üçün
karyera qurmaq və onu inkişaf etdirmək istiqamətində
yaradılan şərait hər bir işçi ilə münasibətlərin qarşılıqlı
faydalı əməkdaşlıq prinsipi üzərində formalaşmasını şərtləndirir.
Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması
istiqamətində davamlı şəkildə görülən işlər sırasında
onların yerli və xarici mütəxəssislər tərəfindən keçirilən
seminar və konfranslarda, treyninqlərdə iştirakı, gənc
kadrların isə fəaliyyətinin ilkin dövrlərində və gələcəkdə
Bankın təcrübəli mütəxəssisləri tərəfindən xüsusi təlimatlar
əsasında maarifləndirilməsinin təmin edilməsi və s. qeyd
etmək olar.
Müştərilərmizə daha yaxın olmağa çalışdıq;
Bankımızın inkişaf strategiyasında filial şəbəkəsinin
genişləndirilməsinə də mühüm yer ayrılır. Hazırda fəaliyyət
göstərən 15 filialımız və 3 ekspress xidmət məntəqəmizin hər biri müştərilərimizə bütün növ
bank xidmətləri göstərir. 2007-ci ilin payız ayınadək daha iki regional filialın açılması nəzərdə tutulub.
Bank özünün yeni inkişaf strategiyasına əsasən klassik bank
filialları ilə yanaşı, gün ərzində daha uzun müddətdə
fəaliyyət göstərəcək ekspress məntəqələrini də
müştərilərinin üzünə açmağı planlaşdırır. 2006-cı ilin ilk
yarısında, artıq, 2 ədəd «BOB-Express» məntəqəsi müştərilərə
xidmət göstərməyə başlamışdır.
2006-cı ilin son aylarından etibarən, öz fəaliyyətimizi nəinki ölkəmizin paytaxtında, həmçinin tədricən regionlarda da həyata keçirməyə başladıq
Yeni 10-illiyə yeni iddialarla başladıq;
Bu il Bankımız 13-cü ildönümünü qeyd etdi. Keçən müddət
ərzində əldə etdiyimiz nailiyyətlər və hazırda ölkənin bank
sektorunda tutduğumuz mövqe, ən əsası isə müştərilərimizin
bankımızın məhsul və xidmətlərindən məmnunluq səviyyəsi
bizim düzgün yolda olmağımızı söyləməyə əsas verir. 2004-cü
ilin sonlarında daha bir mühüm hadisənin – «İlkbank» Kommersiya Bankı ilə birləşməyimizin və
Avropa Yenidənqurma
və İnkişaf Bankının bu birləşmədən sonra yaranmış bankın
səhm paketində iştirak etmək istəyini rəsmən təsdiq etməsi
gələcəyə nikbin baxmağımız üçün daha bir mühüm meyardır.
Ümid edirik ki, növbəti illərdə əldə edəcəyimiz
nailiyyətlərlə öz ənənələrimizə sadiq qalmaqla yanaşı, istər
Azərbaycanın, istərsə də dünyanın bank bazarında öz sözümüzü
deyəcəyik. |
|