“Bank of Baku” İnternet istifadəçiləri üçün online məkanında alış-verişlər zamanı ödənişlər etmək üçün Virtual kartlarını təqdim edir.
Virtual kartların digər kart növlərindən başlıca fərqi ondadır ki, ondan yalnız İnternet vasitəsilə mal və xidmətlərin alışı zamanı ödəniş vasitəsi kimi istifadə etmək olar. Yəni, bu kart vasitəsilə nə hər hansı mağazada alış-veriş etmək və ya ATM-lərdən nağd pul əldə etmək mümkün deyil. Bu xüsusiyyəti Virtual cardların digər kartlardan daha bir prinsipial fərqini ortaya çıxarır. Bu kartların fiziki daşıyıcısı olmur, başqa sözlə Virtual kart əldə etmək istəyən müştəriyə Bankda maqnit xəttinə və digər atributlara malik plastik kart əvəzinə sadəcə ŞEN kod təqdim olunur. İnternet istifadəçiləri online ödənişlər nəzərdə tutulan saytdan istifadə edərkən “Kart barədə məlumat” bölməsində ona bankda təqdim olunmuş 16 rəqəmli kart nömrəsini, ŞEN-kodu və lazım gəldikdə CVV kodu daxil etməklə ödəniş edə bilər. Bunların hər üçü müştəriyə xüsusi zərfin daxilində Bankda təqdim olunur.
Virtual kartla əməliyyat apararkən aşağıdakı tövsiyyələrə əməl etməyiniz məsləhətdir:
- Bankda sizə təqdim olunmuş zərfin daxilindəki məlumatları məxfi saxlayın;
- etibarlığına əmin olmağınız saytlarda kartınızın məlumatlarını daxil etmək və ödəniş etməkdən çəkinin. Bu, sizin kartınız barədə məlumatlardan sui-istifadə olunmanın qarşısını ala bilər;
- ödəniş etməyi ən sona saxlayın. Ödəniş etməzdən öncə daxil etdiyiniz məlumatları bir daha yoxlayın.
- mütəmadi olaraq kart hesabınız vasitəsilə aparılmış əməliyyatların hesabatını izləyin. Bunu İnternet bankçılıq sistemi vasitəsilə Banka gəlmədən də edə bilərsiniz;
- kartdan istifadə zamanı hər hansı problemlə rastlaşsanız, dərhal Bankımızın nümayəndəliklərinə müraciət edin.
“Bank of Baku”nun Virtual kartlarının daha bir fərqliliyi çevik tarif siyasəti ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq məhz “Bank of Baku” Virtual kartları müştərilərinə kartın müddətini və buna uyğun xidmət tarifini seçməyə imkan yaradır. Bununla da müştərilər kartlarımızı öz istəyi əsasında 3 aydan 12 aya qədər müddətə əldə edərək müvafiq xidmət haqqını seçmək hüququna malik olur. Tarif dərəcələri ilə tanış olun:
MC Virtual kartlar üzrə tariflər¹
| Kartın sifarişi və xidmət haqqı |
AZN 5
və hər bir ay üçün əlavə olaraq AZN 1 |
| Kartın müddəti |
min. 3 ay; max. 12 ay |
| Sığorta depoziti |
Nəzərdə tutulmayıb |
| Hesaba minimal vəsaitin qoyuluşu |
Nəzərdə tutulmayıb |
| Təcili sifariş |
AZN 15
|
| Kartın statusunun dəyişdirilməsi |
AZN 10 |
| Kartın yeni kart ilə dəyişdirilməsi |
AZN 10 |
| Kartın yenidən aktivləşdirilməsi |
AZN 2 |
| “Chargeback” üzrə araşdırmanın aparılması |
AZN 5 |
| Konvertasiya |
0,5 % |
|