ƏN ÇOX SORUŞULAN SUALLAR:
Sual 1. İpoteka kreditini kimlər ala bilər?
Cavab: İpoteka kreditini Azərbaycan Respublikasının vətəndaşı olan, dövlət və ya iri özəl təşkilatlarda çalışan fiziki şəxslər, fərdi sahibkarlar ala bilərlər.
Sual 2. Girov qoyulacaq daşınmaz əmlak kim tərəfindən qiymətləndirilir?
Cavab: Daşınmaz əmlakın qiymətləndirilməsi AİF tərəfindən təyin olunmuş müstəqil qiymətləndiricilər tərəfindən aparılır. Müstəqil qiymətləndiricilər aşağıdakılardır:
- "Azərekspertiza" Birliyi
- "Azİntellekt Servis" Konsaltinq Şirkəti
- "Azkon" Konsaltinq şirkəti
- "Biləndər" şirkəti
- "KONEKO" MMC
- "MAK Consultancy Baku Ltd." Müştərək müəssisəsi
- "REC İnvest" qiymətləndirmə şirkəti
- "VneşEkspertServis" Konsaltinq şirkəti
- "Caspian Property Services" əmlak şirkəti
- "Azərkonsalt" Konsaltinq Şirkəti
Sual 3. Bir kredit bir neçə adamın adına rəsmiləşdirilə bilərmi?
Cavab: Şərtlərdə bu hal nəzərdə tutulur. Alınacaq kredit ən çoxu 3 nəfərin adına rəsmiləşdirilə bilər, yəni Borcalan və onun 2 yaxın qohumu (əri/arvadı, bacı və qardaşları valideynləri/övladlığa götürənləri, övladları/övladlığa götürülənləri, baba və nənələri) ola bilər. Bu isə Borcalanın ödəniş qabiliyyətinin yüksəlməsinə imkan verir.
Nümunə: Əgər Sizin aylıq əmək haqqınız 400 AZN təşkil edirsə və bu Sizə istədiyiniz həcmdə kredit götürməyinizə imkan vermirsə (bax: Sual 4), bu halda kredit ərizəsində daha 2 nəfərin gəlirləri göstərilə bilər.
Sual 4. Borcalanın/birgə borcalanların aylıq əmək haqqı nə qədər olmalıdır?
Cavab: Kredit üzrə 1 aylıq ödənişin məbləği Kreditalanın məcmu orta aylı əmək haqqının 70%-dən artıq olmamalıdır.
Nümunə: Borcalanın/birgə borcalanların məcmu orta aylıq əmək haqqı ən azı 600 AZN təşkil edirsə, bu zaman kreditin ödəniş cədvəli üzrə aylıq ödənişin məbləği 420 AZN-dən (600 * 70 %) artıq ola bilməz.
Sual 5. Daşınmaz əmlak harada sığortalanmalıdır?
Cavab: İpoteka kreditləşməsi üzrə müvəkkil sığorta şirkətləri aşağıdakılardır:
- "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti
- "Atasığorta" ASC
- "Atəşgah" Birgə Səhmdar Sığorta Şirkəti
- "Başak-İnam" Birgə Səhmdar Sığorta və Təkrarsığorta Şirkəti
- "Beynəlxalq Sığorta Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyət
- "MBASK" Səhmdar Sığorta Cəmiyyəti
- "Standard İnsurance" Məhdud Məsuliyyətli Sığorta Şirkəti
- "Alfa" Sığorta MMC
- "Paşa Sığorta" QSC
- "Xalq Sığorta" MMC
Sual 6. Borcalanın yaşı ilə bağlı məhdudiyyət varmı?
Cavab: Bəli vardır. Borcalanın/birgə borcalanların yol verilən maksimal yaş həddi kreditin son ödəniş tarixinə qanunvericiliklə müəyyən olunmuş təqaüd yaş həddindən çox olmamalıdır.
Nümunə: Əgər Borcalan/birgə borcalan qadındırsa və kreditin alındığı günə onun yaşı 53 təşkil edirsə, o, maksimum 4 il müddətinə kredit almaq imkanına malikdir (53 + 4 = 57). Eyni yaşlı kişi isə maksimum 9 il müddətinə kredit almaq imkanına sahibdir (53 + 9 = 62).
Əlavələr:
Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın filial və nümayəndəliklərinə müraciət edin və ya 145 Məlumat Mərkəzinə zəng edin.
Kredit üçün online müraciət formasını doldurun.
|